Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bank sektorunun xalis mənfəətində böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunun xalis mənfəətində böyük artım

Azərbaycanın bank sektorunun 2018-ci ilin 8 ayında (31.08.2018-ci il tarixinə) xalis mənfəəti 103.8  milyon manat təşkil edib.

 

"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, bu, İyul ayının sonu ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, 31.07.2018-ci il tarixində bank sektorunun xalis mənfəəti 32.3 milyon manat təşkil etmişdi.


Yanvar-avqust dövründə bankların faiz gəlirləri 1 milyard 138.4 milyon manat, qeyri-faiz gəlirləri isə 347.8 milyon manat təşkil edib (Cəmi 1 milyard 486,2 milyon manat). Xərclər çıxıldıqan sonra sektorun əməliyyat mənfəəti 441 milyon manat təşkil edib. Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 316.4 milyon manat ayırdıqlarından əməliyyat mənfəəti azalıb. Həmçinin banklar, 21,5 milyon manat mənfəət vergisi ödəyiblər. 

 

Müqayisə üçün qeyd edək ki, 31.08.2017-ci il tarixində, bank sektorunun faiz gəlirləri 1 milyard 292.9 milyon manat, qeyri-faiz gəlirləri 537.4 milyon manat, xalis mənfəəti isə 350.3 milyon manat təşkil etmişdi.

19.09.2018 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ