"Məqsədimiz pul qazanmaq yox, nitqi qüsurlu uşaqların müalicə olunmasıdır" -“LOGO CENTER”

(®) Düzgün nitq, sağlam düşüncə, sağlam bədən


 

“LOGO CENTER” Psixoloji və Nitq İnkişaf  Mərkəzi 1ildən artıqdır ki, xidmət göstərir.

 

Mərkəzimizdə Psixoloji, Psixo-pedaqoji, Loqopedik, Müalicəvi idman, Müalicəvi masaj, Qrup terapiyaları, Kukla terapiyalar, Psixoloji yaşı təyin etmə testləri və digər bu kimi təlimlər həyata keçirilir.

 

Bizimlə sağlam gələcək!

 

“LOGO CENTER” Psixoloji və Nitq İnkişaf  Mərkəzi  fəaliyyət göstərdiyi müddət ərzində yüksək nəticələr əldə etmişdir. Mərkəzin fəaliyyət göstərməsinin əsas məqsədi pul qazanmaq yox, Azərbaycanda nitqi qüsurlu uşaqların müalicə olunmasıdır.

 

Uğura gedən yol optimizm və güclü iradədən başlayır!

 

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Autizmin bir neçə forması var. Xəstəliyin yüngül formasında uşaqda xəstəliyin simptomları az gözə çarpır, ağır formasında isə uşaq digər insanlarla heç bir əlaqəyə girmir. Autik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar. Belə uşaqlar böyüdükdən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur.

 

Mərkəzdə autizmdən əziyyət çəkən uşaqlar üçün onların ailələri ilə birlikdə mütəmadi və qrup şəklində oyunlar həyata keçirilir. Valideynlərin maarifləndirilməsi məsələləridə bura daxildir.

 

Əgər autizm sindromlu  uşaqlara erkən yaşlarında düzgün diaqnoz qoyularaq bizim mərkəzimizdə  müalicə olunarsa, onda həmin körpələrdə cəmiyyətdə öz yerlərini tapa bilərlər.

 

Hörmətli valideynlər uşaqlarımızın gələcəyini qoruyaq!  O zaman xəstəliklər azalar cəmiyyətimiz sağlam olar.

 

Depressiyadan, obsessiv kompulsiv pozuntudan yəni nevrozdan əziyyət çəkən insanlar, eyni zamanda yeniyetməlik yaş böhranı problemlərini yaşayan insanlar mərkəzimizə müraciət edə bilərlər.

 

UŞAQLARIMIZIN SAĞLAMLIĞINI  VƏ  GƏLƏCƏYİNİ  QORUYAQ!

 

Nitq qüsurlu və digər problemli uşaqların (autizm, daun və s.) cəmiyyətə adaptasiyası istiqamətində məqsədyönlü iş aparılır. Belə uşaqlar üçün xüsusi məşğələlər və məktəbə hazırlıq kursları təşkil edilir.

 

Mərkəzimizə bir çox problemli uşaqlar və böyük yaşlı pasientlər müraciət edə bilərlər. Onlara aiddir:

-Autizm

-Asperger

-Əqli gerilik

-Ümumi inkişaf ləngiməsi

-Serebral iflic

-Daun sindromu

-Diqqət əksikliyi

-Hiperaktivlik

-Davranış pozuntusu

-Tualet vərdişlərində olan problemlər (Enurez və Enkoprez)

-Özgüvən əksikliyi

-Fobiyalar

-Tiklər

-Pedaqoji anlayışlarda zəiflik

-Təfəkkür prosesində olan problemlər

-Analiz-sintez prosesində ləngimə (fikirlərini tam ifadə edə bilməmə, cümlə qura  bilməmə)

-Kəkələmə

-Nitqin ümumi ləngiməsi

-Dislaliya

-Disqrafiya

-Disleksiya

-Taxilaliya

-Bradilaliya

-Rinolaliya

-Böyüklər üçün Psixoloq

-Skalioz

-Kifoz

-Osteoxondroz

-Müalicəvi masaj

 

Qrup terapiyaları həm inkişaf problemi olan, həm də normal inkişaflı uşaqlarla keçirilir. Bu zaman uşaq həm yaşıdları ilə ünsiyyətə girir, qrup şəkilində tapşırıqları yerinə yetirir eyni zamanda da yeni məlumatlar öyrənir. Qrup terapiyası zamanı sağ və sol beyinin inkişafı üçün xüsusi təlimlər həyata keçirilir. Qrup terapiyalarında iştirak edən uşaqlar həm sosial bacarıqları mənimseyir, ünsiyyət problemi aradan qalxır, kollektivçilik duyğuları formalaşır.

 

Kukla terapiyaları həm fərdi, həm də qrup şəkilində həyata keçirilir. Kukla terapiyaları vasitəsilə davranış problemləri, qorxular, fobiyalar, enkoprez, enurez, ailə münasibətlərindəki problemlər aradan qaldırılır.

 

Müalicəvi idman uşaqların həm fiziki inkişafına, həm də hiperaktiv uşaqlarda enerjinin paylanma prosesini təmin etmədə, serebral iflicli uşaqlarda reflekslərin formalaşmasında müsbət nəticələr əldə olunur.

 

Böyük yaşlı pasientlər ailə münasibətlərində olan problemlər, qorxular, fobiyalar, ünsiyyət problemləri və digər problemlər aradan qaldırılır.

 

Psixoloji və loqopedik seanslar paketlər şəklində həyata keçirilir. Psixoloji və psixo-pedaqoji seanslar 45 dəqiqə, loqopedik seanslar isə problemdən asılı olaraq 30 və ya 45 dəqiqəlik seanslar şəkilində həyata keçirilir. Qeyd edək ki, digər mərkəzlərlə müqayisədə qiymətlərimiz daha münasibdir.

 

  Ünvan: Bakı şəh. Nizami ray. Əlif  Hacıyev küç. 40A (Qara Qarayev  metrosunun çıxışı)

   Tel: (+994 51) 410 33 88    /   (+994 012) 310 33 88

    İnstagram: https://www.instagram.com/logocenter2017

    Facebook: https://www.facebook.com/logocentre

    Mail: [email protected]   

19 Sentyabr 2018 , 13:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin