Mobil manşet üstü reklam-3_21

Proqnoz: Dollar gələn həftədən yenidən düşə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Proqnoz: Dollar gələn həftədən yenidən düşə bilər

Azərbaycanın kommersiya banklarında son günlər ABŞ dollarının nağd məzənnəsinin artması müşahidə olunur.

 

Əgər ötən həftənin son iş günündə nağd dolları 1,73 manata almaq olurdusa, bu gün banklar dolları ən yaxşı halda 1,78-ə satır.

 

 Qeyd edək ki, bu gün, fevralın 14-də Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərracında dolların rəsmi məzənnəsi 1,7296 manat səviyyəsinə qədər geriləsə də, banklarda dolların satışı məhdudlaşdırılmaqla bərabər məzənnəsi artıb. 

 

Bir qrub analitiklər hesab edir ki, nağd dolların bir qədər bahalaşması səbəbi son iki həftə ərzində dollar aktivlərini orta hesabla 1,85 AZN/USD qiyməti ilə manata konvertasiya edən əhalinin yenidən alıcı kimi bazara üz tutması ilə bağlıdır: "Bu prosesin yaxın bir həftə ərzində bitməsi və gələn həftədən dolların məzənnəsinin kommersiya banklarında yenidən düşməsi proqnozlaşdırılır. Həmçinin, banklar da dolların qiymətindəki volatillikdən səmərəli istifadə edir. Əsas fəaliyyət gəlirlərindən məhrum olan banklar çıxış yolunu valyuta mübadilə əməliyyatlarında axtarır". 

 

Analitiklər  yaxın perspektivdə rəsmi məzənnənin 1,65 AZN/USD, nağd məzənnənin isə 1,60 AZN/USD səviyyəsinə qədər azalacağını proqnozlaşdırırlar: "Neft qiymətlərinin yüksək səviyyədə qalması, hətta 65 dollar/barelə qədər yüksəlmə ehtimalı, habelə Azərbaycanda manat kütləsi və əhalinin real gəlirlərinin azalması dollara tələbatı aşağı salmaqda davam edəcək".

 

© Report

14.02.2017 12:42

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ