Azərbaycan üçün yeni sığorta sistemi - pulun bir hissəsi sığortalıya qaytarılır

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli İslam Bankçılığı üzrə ekspertlərlə görüş keçirərək islam ölkələrinə xas olan təkafül sisteminin tətbiqi ilə bağlı müzakirələr aparıb.

 

Bəs təkafül sistemi nədir və əsas üstünlüyü nədən ibarətdir? Bununla bağlı Assosiasiya sədri suallarımızı cavablandırdı:

 

"Təkafül islam ölkələrində geniş yayılmış sığorta sistemidir və ənənəvi sığorta sistemindən fərqlənir. Ənənəvi sistemdə ödənilən sığorta haqqı sığorta hadisəsi baş verdikdə sığorta ödənişi olaraq sığortalıya geri qayıdır, hadisə baş vermədikdə isə bu məbləğ sığorta şirkətinin özünə qalır. Təkafül sistemində isə sığorta haqları toplandıqdan sonra sığorta hadisəsi baş verməsə belə, məbləğin bir hissəsi sığortalıya geri qaytarılır, bir hissəsi isə sığorta şirkətinə qalır. Bu zaman bölüşdürülən məbləğ faiz nisbətində deyil pay nisbətində bölünür. Əsas fərq bu olsa da, bir sıra kiçik fərqlər də var.

 

Təkafülün Azərbaycanda tətbiqi üçün qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Görülən işlərin də məqsədi budur ki, yeni sistemin Azərbaycan üçün faydalarını müəyyən edək və kifayət qədər önəmli olduğu təqdirdə dövlət orqanları qarşısında bu sistemin tətbiqi ilə bağlı mühüm addımların atılması üçün məsələ qaldıraq. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri də bu sistemdə maraqlıdırlar".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Finans

19 Sentyabr 2018 , 14:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin