Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Milli valyutamız barədə videoçarxlar hazırlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli valyutamız barədə videoçarxlar hazırlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı işləri çərçivəsində milli valyutamızın kağız pul nişanlarını əhaliyə daha yaxından tanıtmaq və onları milli atributumuz barədə maarifləndirmək məqsədilə manatın vahid konsepsiyası və ayrılıqda hər bir nominal haqqında xüsusi videoçarxlar hazırlanmışdır.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, videoçarxlarda hər nominalın fiziki göstəriciləri, dizayn və mövzusu ilə yanaşı, onların üzərindəki təhlükəsizlik və mühafizə elemetləri də əks olunur.

 

Ətraflı məlumatı http://bizimpullar.az/blocks/index?category=money ünvanından əldə edə bilərsiniz.

 

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkədə maliyyə savadlılığının artırılması məqsədi ilə hazırlanan maliyyə savadlılığı portalı (http://bizimpullar.az/) əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılmasına, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsinə və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer almışdır.

14.02.2017 12:46

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ