Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada ilk dəfə olaraq, Azərbaycanda kurqanlardan ibarət unikal arxeoparkın yaradılması nəzərdə tutulur.

 

Bu barədə özəl olaraq Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov bildirib.

 

P.Qasımovun sözlərinə görə, arxeoparkın Gəncə şəhəri ətrafında yaradılması planlaşdırılır:

 

“Nəzərdə tutulur ki, kurqanların üst örtüyü götürüldükdən, tədqiq edildikdən sonra üzəri şəffaf, plastik örtüklə örtülsün. Bununla da turistlər qəbir kamerasının forması, tunc dövrünün dəfn adətləri ilə tanış ola bilərlər”.

 

P.Qasımov qeyd edib ki, hələ 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş kurqan tipli qəbir abidələrinin GPS koordinatları götürülüb və xəritələşdirilib. Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olduğu ehtimal edilir.

 

Hazırda Azərbaycan-İtaliya ekspedisiya qrupu tərəfindən kurqanların birində tədqiqatların aparıldığını deyən P.Qasımov əlavə edib ki, qəbirlər hərtərəfli tədqiq edildikdən sonra muzeyləşmiş hala gətiriləcək:

 

“Bu işlərin aparılması uzun müddət davam edəcək. İldən-ilə tədqiq olunmuş kurqanların da sayı artacaq. Buna uyğun olaraq, memarlar tərəfindən onların muzeyləşmiş forması yaradılacaq”.

 

P.Qasımov qeyd edib ki, bu parkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Trend

20.09.2018 06:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ