Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sığorta bazarında reytinq dövrü başlayır - MEYDAN MÜŞTƏRİLƏRƏ VERİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarında reytinq dövrü başlayır - MEYDAN MÜŞTƏRİLƏRƏ VERİLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin internet səhifəsində (www.asa.az) “Şirkətlər üzrə rəy” bölməsi istifadəyə verilib.

 

"Marja "ASA-nın yaydığı məlumata istinadən xəbər verir ki, bölmə istehlakçıların sığorta şirkətləri barədə həm müsbət, həm mənfi rəylərini bildirməsi üçün nəzərdə tutulub.

 

Həmin rəylər müvafiq qaydada araşdırılacaq və doğruluğunun təsdiq edilməsindən sonra haqqında bəhs edilən şirkətə müvafiq bal veriləcək. Bu funksiya sığorta şirkətlərinin müştərilərə göstərdikləri xidmətlər əsasında onların reytinqinin müəyyənləşdirilməsi, sığortaçılarla sığortalılar arasında yaranan mübahisələrin həllinə nail olunması, həmçinin, mənfi qiymətləndirilən halın aradan qaldırılması yolu ilə şirkətlər arasında rəqabətin artımına və beləcə, sığorta bazarının inkişafına təkan verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Xatırladaq ki, ASA 2006-cı ildən fəaliyyət göstərir. Onun təsisçisi yerli sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti və 1 təkrarsığorta şirkətidir. Qurumun əsas məqsədi sığorta və təkrarsığorta şirkətlərinin, eyni zamanda, sığorta vasitəçilərinin və sığorta sahəsində yardımçı fəaliyyət göstərən, sığorta sahəsi ilə əlaqədar olan digər hüquqi şəxslərin inkişaf etməsinə köməklik göstərilməsindən ibarətdir.

20.09.2018 08:13

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ