Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Gilan”, “Avrora”, ”Sirab” yeni müştərilər tapıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan”, “Avrora”, ”Sirab” yeni müştərilər tapıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya paytaxtında keçirilən “Worldfood Moscow 2018” Sərgisində 35 Azərbaycan şirkəti "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur.

 

Bu barədə "Marja"ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

Sərgi çərçivəsində Azərbaycan iş adamları Rusiyalı və xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, potensial müştərilərlə məhsul ixracına dair müzakirələr aparıblar.

 

Dünən Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycan Şərab İstahsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan şərablarının peşəkar dequstasiyası keçirilib. İştirakçıların Azərbaycan şərabları dadı və keyfiyyətini yüksək qiymətləndirblər.

 

Ötən gün, Azərbaycanın “Avrora” şirkəti Koreyanın “Woollim Food” şirkəti ilə makaron məhsullarının, Türkiyənin “Oğuz”, Polşanın “Krynica vitamin” və Rusiyanın “Patriot” şirkəti ilə energetik içkilərin, həmçinin Belarusun “Svitok” şirkəti ilə isə məhsullarının ixracına dair danışıqlar aparıb.

 

Rusiyada fəaliyyət göstərən “Grante” şirkəti Azərbaycanın “Can-Pa” şirkətinə Rusiyada distributorluğunun açılmasını təklif edib. Rusiyanın “Gimex”, “9 Bar Coffee”, “ТРАССА“ şirkətlər qrupu Azərbaycanın “Can-Pa” şirkətinin məhsullarının Rusiyanın supermarketlərdə satışına dair müzakirələr aparıblar.

 

Sərgidə digər Azərbaycan məhsulları kimi, şərab və başqa spirtli içkilər də iştirakçılar tərəfindən maraqla qarşılanıb. Rusiyanın “Sima-lend”, “Ekonomniy Torkoviy set” və “Avrasiya” ticarət şəbəkələri Göygöl Şərab Zavodunun məhsullarının Rusiyada satışına böyük maraq göstərirlər. Azərbaycanın ”Sirab” şirkəti Rusiyanın bir çox regionlarında fəaiyyət göstərən topdansatış məntəqələrində mineral sularının satışına dair danışıqlar aparıb.

 

Azərbaycanın “Gilan” şirkəti öz məhsullarının müxtəlif ölkələrdən olan şirkətlərlə, “Balacans” şirkəti isə quru meyvə məshullarının Dubaya ixracına dair “Cocojomila” şirkəti ilə danışıqları davam etdirir.

 

“Worldfood Moscow 2018” Sərgisi davam edir.

 

Qeyd edək ki, ötən il olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow 2018” sərgisinin rəsmi tərəfdaşıdır.   

20.09.2018 08:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ