Mobil manşet üstü reklam_21

Bakının özəl bağçalarında - ŞƏRAİT VƏ QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının özəl bağçalarında - ŞƏRAİT VƏ QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda ölkəmizdə dövlət bağçaları ilə yanaşı özəl bağçalar da fəaliyyət göstərir. Dövlət bağçalarında aylıq qiymətlər 10-30 manat arasında dəyişir. Bu məbləğə saat 08:00-dan 18:00 kimi uşağın bağçada qalması 3 dəfə qidalanma və müxtəlif məşğələlər daxildir. Amma məşğələlərin uşağınız tərəfindən yaxşı qavranılması üçün , daha dəqiq desək yaxşı öyrədilməsi üçün əlavə 10-15 manat da ödəməli olacaqsız.



Ölkəmizdə dövlət bağçaları ilə yanaşı özəl bağçalar da fəaliyyət göstərir ki, bu növ biznes əməlli –başlı gəlirli sahələrdən biri hesab olunur.

Reklam_3_11


Fərdi sahibkarlar tərəfindən açılan bağçalar belə dövlət müəssisələri ilə müqayisədə 15-20 dəfə bahadır. Belə ki, bu tip bağçalarda ödəniş 180 manatdan 12768 manata kimidir. Paytaxtda özəl bağçalarda aparılan araşdırmalardan belə bəlli olub ki, balacaları bu tip təhsil mərkəzlərinə nəinki aylıq həmçinin gündəlik də qoymaq olar. Özəl baxçalarda qiymətlərlə daha yaxından tanış olmağınız üçün siyahını təqdim edirik.

 

Suna Kids


Uşaqların qəbulu 1 yaşdan 5 yaşadəkdir. Aylıq ödəniş isə 350 manatdır. Bu qiymətə uşaqların 08:00-dan 18:00- kimi bağçada qalmağı, 5 dəfə qidalanmağı, ingilis , fransız, rus dilində dərslər keçməsi daxildir. Bundan başqa valideynlər əlavə ödəniş etməklə balacalar üçün service, loqotip və psixoloq xidmətindən yararlana bilərlər. Uşaqlarının əminamanlıqda olmalarını görmək üçün isə validenylərin mobil telefonuna qoşulmuş birbaşa online proqram də təqdim edilir.



Mini Banbini


1 yaşdan 5 yaşadək uşaqlar qəbul olunur. Bir uşaq üçün aylıq ödəniş 300 manatdır. Bu qiymətə gimnastika dərsləri, musiqi, rəsm dərnəkləri daxildir. Həmçinin gün ərzində 5 dəfə yemək 5-cisi meyvələrlə olmaqla verilir. Valideynlər 300 manatdan əlavə də ödəniş etməli olacaqlar. Belə ki, balacaların istifadə etdiyi bəzi vəsaitlər üçün il ərzində 60-70 manat ödəmək lazım olacaq. Uşaqlar bağçada həftəiçi  5 gün  səhər 8-dən axşam 6-ya kimi qalacaqlar.

 

İndigo uşaq bağçası


İndigo uşaq bağçasında 2 –6  yaş arası uşaqlar qəbul olunur. Bağçada balacaların qalma vaxtı səhər 8-dən axşam valideynlərin işdən çıxmasına qədərdir. Əlbətdə ki, əgər valideynlər 18:00-da işdən çıxırlarsa. Bağçada bir uşağın bir ay ərzində sahərdən axşama kimi qalmasının aylıq ödənişi 420 manat, bir ay səhərdən günortaya kimi qalması isə 250 manatdır. 420 manata uşaqların müxtəlif məşğələlərdə bilik və bacarıqlara yiyələnməsi , gün ərzində 5 dəfə qidalanması  və tibbi müayinə daxildir.



Günəş uşaq bağçası


Adı çəkilən bağçanın aylıq ödənişi 350 manatdır. Günəş, balacalar üçün isti münasibətlə yanaşı gün ərzində 5 dəfə qidalanma və müxtəlif məşğələlər təklif edir. Bağçadan Fins.az-a bildirdilər ki, bütün həftəni lentə alan kamera çəkilişini isə valideynlərin ürəyinin xətircəm olması üçün istənilən vaxt təqdim edə bilərlər. Bununla da valideynlər gün ərzində uşaqlarının nə etdiklərini və onlara necə davranıldığını görə bilərlər.



Jaləm uşaq bağçası


Bağçada bir aylıq ödəniş 180 manatdır. Həftəiçi 5 gün ərzində uşaqlarınızı bu bağçaya əmanət edə bilərsiz. Ən azından bağçanın müəllimələri belə deyirlər. Təhsil ocağı 09:30-dan axşam 18:00 kimiçalışır. Bağçada uşaqlar üçün müxtəlif dərnəklər var ki, aylıq ödənişə daxildir. Lakin rəqs dərsləri həftədə iki dəfə aylıq ödənişi 20 manat olmaqla öyrədilir. Bu xidmət isə könüllüdür. Bağçada birbaşa online kamera sistemi olmasa da onun əvəzinə video müşahidə var. Həmçinin bağçanın xidmətlərindən bir iki günlük də istifadə etmək olar. Bu zaman ödəniş ucuz olur.

 

İlayda uşaq bağçası


Bu bağçada aylıq ödəniş 300 manatdır. 5-ci meyvələrlə olmaqla gün ərzində 5 dəfə qidalanma, balacaların müxtəlif məşğələlərlə məşğuliyyəti daxildir. Valideynlərin övladlarını daim müşahidə edə bilməsi üçün birbaşa video izləmə də var. Bir ailədən iki uşaq olduğu zaman 10% endirim edilir. Uşaqların sayı daha çox olduqda isə endirim faizi bir qədər də çoxalır.

Sladkiy Kolobok


Balacaların bir araya gədiyi bu bağçanın xidmət haqqı olaraq valideynlər əksər özəl bağçalarda olduğu kimi 300 manat ödəməli olacaqlar. Uşaqlar səhər 8-dən axşam 6-ya kimi burada 5 dəfə də qidalana biləcəklər. Birbaşa müşahidə ilə yanaşı bağçaya valideynlər üçün service xidməti də təşkil olunur. Yəni uşaqlar bağçaya aparılıb gətirilməsi bağça avtobusu tərəfindən həyata keçirilir.



SmartPen - Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzi


Barada valideynlər  həftədə 3 dəfə 1 saat olmaqla ay ərzində 40 manat, həftədə 3dəfə olmaqla 2 saat dərslər üçün isə 60 manat ödəməli olacaqlar . SmartPendə uşaqlara əcnəbil dil dərsləri, rəqslər keçilir. Həmçinin loqopedə ehtiyacı olan uşaqlara xüsusi təlimlər də təşkil olunur.



SABIS SUN 


SABİS SUN böyük təhsil kompleksidir. Lakin bura böyük olmaqla yanaşı yuxarıda adı sadalanan təhsil ocaqlarının təhsil haqqından böyük ödəniş tələb edir. Belə ki, bu təhsil kompleksin bağçasında aylıq yox illik ödənişlər edilir. Bu zaman isə 3 yaşlı uşaqlar üçün 12565 manat, 4 yaşlı uşqlar üçün isə 12768 manat tələb edilir. Bağçaya ən balaca 3 yaşından qəbul edilir. Burada uşağınıza yapon mühəndisliyindən tutmuş baletə qədər öyrədəcəklər. Uşaqların bağçada qalma vaxtı isə 08:00-dan 16:00 kimidir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Fins

20.09.2018 09:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ