Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tarixinin ən yüksək zərərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarixinin ən yüksək zərərini açıqladı

İngiltərənin dünyaca məşhur şirkəti Rolls-Royce, keçən il üçün 4,6 milyard funt-sterlinq ilə tarixinin ən yüksək zərərini açıqlayıb.


 
"Marja" xəbər verir ki, şirkətdən verilən balans açıqlamasında, vergi öncəsi 4,6 milyard funt-sterlinq səviyyəsində zərər edildiyi qeyd olunub.

Reklam_3_11


 
 Açıqlamada, Britaniya funt-sterlinqində dəyər itkisinin isə davam edən müqavilələrdə təxminən 4,4 milyard funt-sterlinq səviyyəsində gəlir itkisinə səbəb olduğu qeyd edilib.


 
Beləliklə, Rolls-Royce, iş adamı Henri Royce tərəfindən 1884-cü ildə qurulduğundan bu yana ən yüksək zərərini 2016-cıil üçün açıqlamış oldu.


 
Şirkət daha öncə İndoneziya, Rusiya və Çin daxil olmaqla 6 ölkədəki sifarişlər üçün vasitəçilərə rüşvət verildiyi yönündə ABŞ və İngiltərədə aparılan korrupsiya araşdırmasının ardından 671 milyon funt-sterlinq ödəyərək razılaşmışdı.


 
Rolls-Royce-un direktoru Uorren East, gələcək dövrdə şirkətin mənfəət marjasının artırılması üçün cəhdlər ediləcəyini bildirərək, "Geniş fəaliyyətlərimizin gözlədiyimiz gəliri yaradııb - yaratmadığından əmin olmalıyıq. Təkcə xərclərin azaldılması deyil, eyni zamanda yüksək iş standartlarının davam etdirməsi üçün şirkətdə lazımi mədəni və davranış dəyişiklikləri də həyata keçirməliyik" -ifadələrini istifadə edib..


 
Rolls-Royce, 1971-ci ildən bəri avtomobil şirkəti "Rolls-Royce Motor Cars" şirkətindən müstəqil olaraq mülki aviasiya, müdafiə, mühərrik sənayesi, dənizçilik və nüvə enerji sahələrində fəaliyyət göstərir. Avtomobil şirkəti Rolls-Royce Motor Cars isə 1998-ci ildən bu yana BMW-nin iştirakı kimi fəaliyyət göstərir.

14.02.2017 14:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ