Bazarlar Türkiyənin yeni iqtisadi proqramını bəyənməsi
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak Yeni İqtisadi Proqramını açıqlayıb. Proqram ortamüddətli dövrü (3 il) əhatə edir.
"Marja" xəbər verir ki, Proqrama görə, 2019-cu il üçün inflyasiya proqnozu 15.9%-ə yüksəldilib. 2019-cu il üçün iqtisadi artım proqnozu isə 2.3%-ə endirilib.
2018-ci il üçün iqtisadi artım proqnozu isə 5.5%-dən 3.8%-ə salınıb.
İqtisadi artım proqnozu 2019-cu il üçün 5.5%-dən 2.3%-ə, 2020-ci il üçün 5.5%-dən 3.5%-ə endirilib. 2021-ci il üçün isə 5% olaraq müəyyənləşdirilib
İNFLYASİYA
2018-ci il üçün inflyasiya proqnozu 7%-dən 20.8%-ə, 2019-cu il üçün isə 6%-dən 15.9%-ə qaldırılıb. 2020 inflyasiya hədəfi isə 5%-dən 9.8%-ə yüksəldilib.
2018-ci il üçün büdcə kəsiri/ÜDM nisbəti hədəfi 1.9%-də saxlanılıb, 2019 hədəfi isə 1.9%-dən 1.8%-ə endirilib, 2020-ci il üçün isə 1.6%-dən 1.9%-ə yüksəldilib.
2018-ci il üçün cari kəsir/ÜDM nisbəti təxmini 4.3%-dən 4.7%-ə yüksəldilib, 2019-cu il üçün 4.1%-dən 3.3%-ə, 2020-ci il üçün isə 3.9%-dən 2.7%-ə endirilib.
Nazir Albayrak bildirib ki, 2019-cu il üçün dövlətdə 60 milyard TL qənaət proqnozlaşdırılır. Eyni zamanda, 16 milyard TL gəlir əldə ediləcək. Beləliklə, 76 milyard manatlıq vəsait təmin ediləcək.
Proqram açıqlandıqdan sonra Türkiyədə Dollar və Avro bahalaşıb. BİST 100 indeksi isə düşüb.
İlk öncə Dollar/TL məzənnəsi 6.14 səviyyələrinə düşsə də yenidən 6.3185 səviyyəsinədək yüksəlib. Lirə Dollar qarşısında 1%-dən çox ucuzlaşıb (saat 15:00-a olan məlumat)
Analitiklər proqramın detallı olmadığını bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl