2019-un dövlət büdcəsi layihəsi Nazirlər Kabinetinə təqdim edildi
2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.
Bunu Maliyyə Nazirliyinin mətubaut xidmətinin rəhbəri Mais Piriyev deyib.
Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanuna və “2019-cu il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 45s nömrəli 30 yanvar 2018-ci il tarixli sərəncamına uyğun olaraq 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, sentyabrın 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabineti layihəni müzakirə edərək baxılması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan dövlət büdcəsinin 2018-ci il üçün gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat həcmində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Finans
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib