Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Cocuq Mərcanlı məhsulları “Araz” şəbəkəsi vasitəsilə satılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cocuq Mərcanlı məhsulları “Araz” şəbəkəsi vasitəsilə satılıb

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olub.

 

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində DATŞ nümayəndələri Cocuq Mərcanlı kəndində yaradılmış şəraitlə tanış olub, təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Burada 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. 

 

Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1100 kiloqram melit sortu xiyar məhsulu Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən satın alınıb. Alınmış məhsulların “Araz” supermarketlər şəbəkəsi vasitəsilə satışı həyata keçirilib.

 

Təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək məqsədilə Dövlət Aqrar Ticarət Şirkəti ilə Cocuq Mərcanlı fermerləri arasında gələcək əməkdaşlıq üçün memorandumunun imzalanması barədə razılıq əldə olunub.

20.09.2018 12:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ