Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Azneftkimyamaş" “zərər bataqlığında daha da batıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azneftkimyamaş" “zərər bataqlığında daha da batıb”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft-qaz avadanlıqları istehsalçısı "Azneftkimyamaş" ASC 2017-ci ili 473 min 914 manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 2,6 dəfə çoxdur. ASC 2016-cı ili 183 min 153 manat zərər ilə bağlamışdı.

 

“Marja” ASC-nin maliyyə hesabatına itinadən xəbər verir ki, "Azneftkimyamaş"ın əsas əməliyyat gəliri 2017-ci ildə 2016-cı illə müqayisədə 1,2% azalaraq 16 milyon 538 min manat təşkil edib. ASC 2016-cı ildə 16 milyon 741 min manat əməliyyat gəliri əldə etmişdi. 2016-cı illə müqayisədə ötən il "Azneftkimyamaş"ın gəlirin əldə edlməsi üzrə ixərcləri 7,8% artaraq 11 milyon 692 min manat təşkil edib. 2016-cı ildə gəlirin əldə edilməsi üzrə xərclər 10 milyon 842 min manat təşkil etmişdi.

 

Xərclər artdığından "Azneftkimyamaş"ın ümumi mənfəəti azalıb. 2016-cı ildə ümumi mənfəət 5 milyon 898 min manat ikən, 2017-ci ildə 4 milyon 845 min manat təşkil edib.

 

Üstəlik ASC-nin 5 milyon 484 min manat inzibati, maliyyə və digər xərcləri olub. Xərclər gəlirləri üstələdiyindən ASC zərər edib.

 

31 Dekabr 2017-ci il tarixində "Azneftkimyamaş" 68 milyon 822 min manat cəmi aktivlərə malik olub. Bu rəqəm 2016-cı ilin sonunda 69 milyon manatdan çox idi.

 

"Azneftkimyamaş" 100% dövlətə məxsusdur və 10-dan artıq maşınqayırma zavodlarının bazasında yaradılmışdır. "Azneftkimyamaş" ASC-nin İdarə Heyətinin sədri Əli Qaraxanovdur.

 

"Azneftkimyamaş"ın törəmə müəssisələri neft-qaz, geoloji-kəşfiyyat, həmçinin neftkimya sənayesi avadanlıqlarmı, onlar üçün lazımi alət və ehtiyat hissələrini istehsal edir.

20.09.2018 13:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ