“Nikoyl Bank” bir neçə kredit aksiyasını elan etdi
NIKOIL | Bank 20 sentyabr tarixindən etibarən 1 oktyabr Prokurorluq İşçiləri Günü və 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş iki güzəştli kredit kampaniyasının başlanmasını elan edib.
Minimal aylıq əmək haqqı 200 manat olan müəllimlər və prokurorluq orqanlarının əməkdaşları 2% azaldılmış illik faiz dərəcəsi və 1% bank komissiyası ilə istehlak kreditini rəsmiləşdirə bilər.
İstehlak kreditləri 3 aydan 36 ay müddətinə 300-dən 30000 manatadək məbləğdə həm nağd şəkildə, həm də plastik kart vasitəsilə verilir.
Kredit xəttinin güzəşt müddəti 35 gün təşkil edir.
Kreditləşmə şərtlərinə əsasən 7500 manatadək kredit məbləği girovsuz və zaminsiz verilir.
Hər iki kredit aksiyası cari ilin oktyabr ayının 30-dək davam edəcək.
Güzəştli kreditin rəsmiləşdirilməsi üçün NIKOIL | Bank-ın istənilən şöbəsinə AR vətəndaşının şəxsiyyət vəsiqəsi, iş yerindən etibarlı arayış və əməkhaqqı hesabından son 6 ay üçün çıxarış təqdim olunmalıdır.
NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir.
Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
59 d. əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
1 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
1 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
1 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
2 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
3 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib