“Nikoyl Bank” bir neçə kredit aksiyasını elan etdi

NIKOIL | Bank 20 sentyabr tarixindən etibarən 1 oktyabr Prokurorluq İşçiləri Günü və 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş iki güzəştli kredit kampaniyasının başlanmasını elan edib.

 

Minimal aylıq əmək haqqı 200 manat olan müəllimlər və prokurorluq orqanlarının əməkdaşları 2% azaldılmış illik faiz dərəcəsi və 1% bank komissiyası ilə istehlak kreditini rəsmiləşdirə bilər.

 

İstehlak kreditləri 3 aydan 36 ay müddətinə 300-dən 30000 manatadək məbləğdə həm nağd şəkildə, həm də plastik kart vasitəsilə verilir.

 

Kredit xəttinin güzəşt müddəti 35 gün təşkil edir.

 

Kreditləşmə şərtlərinə əsasən 7500 manatadək kredit məbləği girovsuz və zaminsiz verilir.

 

Hər iki kredit aksiyası cari ilin oktyabr ayının 30-dək davam edəcək.

 

Güzəştli kreditin rəsmiləşdirilməsi üçün NIKOIL | Bank-ın istənilən şöbəsinə AR vətəndaşının şəxsiyyət vəsiqəsi, iş yerindən etibarlı arayış və əməkhaqqı hesabından son 6 ay üçün çıxarış təqdim olunmalıdır.

 

NIKOIL | Bank  - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi  əməliyyatları təklif edir.

 

Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

 

20 Sentyabr 2018 , 17:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin