Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azersun"la əlaqəsi olan holdinq Bakıda filial açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azersun"la əlaqəsi olan holdinq Bakıda filial açıb

"Anatolia Holding Company Limited" şirkəti Azərbaycanda filial açıb.

 

Dubadan olan ofşor şirkəti (Cəbəl Əli Azad Zonası) Rusiyanın Krasnodar vilayətində bir neçə müəssisəyə malikdir və Azərbaycanda istehsal və ticarətlə məşğul olmaq niyyətindədir.

 

Rusiya şirkətlər reyestrinə görə, "Anatolia Holding Company Limited" 2010-cu ildən Krasnoreçensk şəhərində fəaliyyət göstərən "Kuban-Ti" MMC-də 70% pay sahibidir (815.5 mln Rusiya rublu). Zavod hər ay 400 ton "Kuban çayı", "Məryəm" və "Azərçay" markalı çay istehsal edir. Həmçinin müəssisələrdə konservləşdirilmiş ərzaq məhsulları (tərəvəz, konserv məhsulları, tomat pastası və s.) istehsal edən konserv zavodu var.

 

"Kuban-T" MMC öz növbəsində üç şirkətin təsisçisidir: "Beltex" MMC (100%), "Astor" (50%) və "Kuban-produkt" (50%)."Anatolia Holding Company Limited" şirkəti "Kuban-Enerji" və "Kuban-Treyd" şirkətlərində 100%-lik paya malikdir. Bu şirkətin təsisçilərinin "Azersun Holding" MMC ilə əlaqəsi var. "Anatolia Holding" ofis kimi Bakıda "Azersun"un baş ofisini seçib. Filialı "Azersun Holdinq"də yüksək vəzifə tutan Akif Əsgərov idarə edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Turan

20.09.2018 16:23

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ