Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-dan Rusiyaya yeni sanksiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ Xarici İşlər Nazirliyi, Prezident Donald Trampın "Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə" (CAATSA) qanunu çərçivəsində yeni imzaladığı bir prezident fərmanı əsasında Rusiyaya yeni sanksiyalar tətbiq edib.
 

"Marja" xəbər verir ki, nazirliyin sözçüsü Heather Nauert yazılı açıqlamasında, Trampın verdiyi səlahiyyətə əsasən sözügedən sanksiya qərarlarının verildiyi bildirilib.
 

Reklam_3_11

Qərara əsasən, ABŞ, Rusiya Federasiyasında hərbi və kəşfiyyat sahələrində vəzifəli 30 nəfər və 3 təşkilat, CAATSA-nın 231-ci hissəsindəki "Xüsusi Təyin Olunmuş Şəxslər" siyahısına əlavə edilib. Sözügedən siyahıya əlavə olunan insan və təşkilatlarla bundan sonra iş görən şəxs və təşkilatlar ABŞ sanksiyalarına məruz qalacaq.
 

Eyni zamanda, Rusiya Federasiyası ilə hərbi əlaqəsi səbəbi ilə Çinə məxsus hərbi bir qurumu və qurumun direktoru da sanksiya siyahısına daxil edilib.
 

Konqresdən ötən ilin iyul ayında keçən "Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə" qanunu, Rusiyanın Ukraynaya müdaxiləsi və ABŞ prezident seçkilərinə müdaxilə cəhdi səbəbiylə Moskvaya sanksiyalar tətbiq edilməsinin önünü açıb.

21.09.2018 06:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ