Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avronun 1.17 dollaradək ucuzlaşa biləcəyi proqnozları güclənib - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avronun 1.17 dollaradək ucuzlaşa biləcəyi proqnozları güclənib - GÜNƏ BAXIŞ

ABŞ-ın sənaye sektorunda bundan öncəki göstəricilərin mənfi açıqlanmasından sonra yenidən inkişafın müşahidə edilməsi investorların diqqət mərkəzində.


 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$-a kimi bahalaşsa da, Amerikadan açıqlanan sənaye sektoru ilə bağlı müsbət fundamental məlumatlardan sonra dinamikası zəifləyib və yenidən 1.17$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclənib. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan xidmət və sənaye sektoru ilə bağlı önəmli fundamental göstəricilər yayımlanacaqdır.

 

Amerika Mərkəzi Bankının (FED) Filadelfiya filialının sənaye indeksi avqust ayında 2016-ci ilin dekabr ayından bugünə kimi ən aşağı səviyyəyə (11.9) düşmüşdür. Lakin cümə axşamı dərc edilən sentyabr ayı üzrə göstəricilər 22.9 punkt ilə 17.0 punkta kimi arta biləcəyi gözləntiləri üstələyib. 

 

USD/TRY: 6.52TL-yə kimi bahalaşa bilər

 

Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 6.00TL üzərində qaldıqca, yenidən 6.52TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Neft qiymətləri 80$-ı keçə bilmir

 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 80$-ın üzərində qala bilməyib, yenidən ucuzlaşmağa başlayıb. Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: “OPEC”) hasilat səviyyəsinin daha da artıra biləcəkləri gözləntiləri, neft qiymətlərinin ucuzlaşmasını proqnozlaşdırmağa əsas verir və 77$-a kimi dəyər itirə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

21.09.2018 06:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ