Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıdan Cenevrəyə VİP uçuşlar başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Cenevrəyə VİP uçuşlar başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZAL-ın prezidenti Cahangir Əsgərov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüş keçirmişdir.

 

AZAL-dan "Marja"ya daxil olmuş məlumata görə, görüş zamanı cari ilin oktyabrın 30-dan etibarən açılması planlaşdırılan yeni Bakı-Cenevrə-Bakı reysləri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

                                     

Cahangir Əsgərov bildirmişdir ki, Cenevrəyə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

 

Öz növbəsində, səfir bu istiqamətin açılmasına görə AZAL-ın prezidentinə təşəkkür etmişdir və bu reysin təşviqində “Azərbaycan Hava Yolları”na istənilən lazımi dəstəyi verməyə hazır olduğunu vurğulamışdır.

 

Tərəflər sərnişinlərin bu reysə cəlb olunması və turist axının artırılması üçün birgə səylərin gücləndirilməsi, eyni zamanda hər iki ölkənin turizm rəsmilərinin iştirakı ilə müzakirələri davam etdirmək barədə razılığa gəlmişdirlər. 

21.09.2018 12:57

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ