Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sığorta bazarının yeni göstəriciləri açıqlandı - 40 FAİZ ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının yeni göstəriciləri açıqlandı - 40 FAİZ ARTIM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 516 milyon 923 min manat məbləğində sığorta haqları toplanıb, 168 milyon 581 min manat məbləğində sığorta ödənişi həyata keçirilib. 

 

Reklam_3_11

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-avqust ayları ərzində 368 milyon 915 min manat məbləğində sığorta haqları toplanmış, 167 milyon 70 min manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, yığımlar 40,1%, ödənişlər isə cüzi artıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya daxil olmuş məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 374.7 milyon manat, ödənişlər isə 124.6 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 142.3 milyon manat, ödənişlər isə 43.9 milyon manat olub.

 

2018-ci ilin yanvar-avqust ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i  könüllü, 28%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

21.09.2018 13:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ