Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstan Azərbaycan təcrübəsini öyrənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan Azərbaycan təcrübəsini öyrənir

2018-ci ilin 13-14 sentyabr tarixlərində Gürcüstan Respublikası Əmanətlərin Sığortalanması Agentliyinin ekspertləri Azərbaycanın əmanətlərinin sığortalanması sisteminin fəaliyyət prinsiplərinin öyrənilməsi məqsədilə Bakıya səfər ediblər.    

 

2017-ci ildə yaradılmış Gürcüstan Əmanətlərin Sığortalanması Agentliyinin nümayəndələri ilk təcrübə mübadiləsi səfərləri çərçivəsində Azərbaycan  Əmanətlərin Sığortalanması Fondunda keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının “Əmanətlərin Sığortalanması haqqında” Qanunu, əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri, Fondun strukturu, banklardan hesabatların qəbulu və emalı üzrə elektron hesabat sistemi, sığorta hadisəsi zamanı kompensasiyaların ödənilməsi qaydaları ilə tanış olublar.

 

Bundan əlavə, 2018-ci ilin 12-14 sentyabr tarixlərində Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Avstriyanın Vyana şəhərində Avropa Əmanət Sığortaçılarının Forumunun (EFDI) illik toplantısında iştirak ediblər.

 

Kecirilən toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri əmanətlərin sığortalanması sisteminin stress-testlərin keçirilməsi, risk əsaslı ödənişlərin tədbiqi və əmanətlərin sığortalanması prinsiplərini müzakirə ediblər.

21.09.2018 14:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ