"Qiymətin 50 manat artırılması məni də çox sevindirir"

Təcrübəli pambıqçı, birinci dərəcəli əmək ordenli Fazil Musayev uzun illərdir bu sahədə çalışır və yüksək məhsuldarlığa nail olur.

 

O deyib: “Ötən il becərdiyim 16 hektar pambıq sahəsindən 81 ton məhsul götürərək, hər hektarın məhsuldarlığını 51 sentnerə çatdırmışam. Satdığım məhsulun müqabilində 5 min manata yaxın qazanc götürmüşəm. Bu il isə 48 hektarda əkin aparmışam. Bitkiyə nümunəvi qulluq göstərildiyindən məhsul boldur. Məhsul yığımını maşınla aparacağam. Ona görə hələlik yığıma başlamamışam. Sahədə 90-95 faiz açılış olduqdan sonra məhsul toplanacaq. Bu il hər hektardan 50-55 sentner məhsul götürməyi planlaşdırıram”.

 

“Məhsulun hər tonunun alış qiymətinin 50 manat artırılması digər istehsalçılar kimi məni də çox sevindirir. Dövlət tərəfindən biz pambıqçılara göstərilən hərtərəfli qayğıdan yararlanaraq, növbəti illərdə əkin sahəsini daha da genişləndirəcəyəm”, - deyə fermer bildirib.

 

© Azərtac

21 Sentyabr 2018 , 17:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin