Naxçıvandakı sürücülər və piyadalar üçün cərimə ödənişi yeniliyi!
Bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallar vasitəsilə ödəyə bilərlər.
"Naxçıvanbank" ASC, "MilliKart" MMC və Naxçıvan MR DIN Dövlət Yol Polisi İdarəsi-nin birgə həyata keçirdiyi layihə çərçivəsində, Dövlət Yol Polisi (DYP) üzrə cərimələrin ödənişi DYP-yə məxsus avtomobillərdə quraşdırılmış Naxçıvanbankın POS-terminallarında mümkün olmuşdur. Bu barədə "Marja"ya "MilliKart" MMC-dən bildirilib.
Qeyd olunan xidmət çərçivəsində ödənişlər faktiki cərimələr üzrə deyil, eyni zamanda yol hərəkəti iştirakçısının adına qeydiyyatdan keçmiş bütün qanun pozuntuları üzrə həyata keçirilə bilər. Bunun üçün DYP müfəttişi tərəfindən POS-terminalda protokolun identifikasiya etməsi və cihazın ekranında avtomatik əks olunan qanun pozuntusunun ödənişini yol hərəkəti iştirakçısı tərəfindən təqdim edilən istənilən bankın kartı ilə qəbul etməsi kifayətdir.
"Naxçıvanbank" ASC "MilliKart" MMC ilə birgə daimi olaraq bazar iştirakçıları üçün yeni xidmət növlərini təqdim etməklə yanaşı, ölkədə maliyyə xidmətlərindən əlverişli şərtlərlə istifadə imkanı yaradır, eyni zamanda ölkənin ödəniş ekosisteminin inkişafına öz müsbət təsirini göstərir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 d. əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 9 d. əvvəl
- 10 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- 21 d. əvvəl
- 30 d. əvvəl
-
16 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
16 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 16 saat əvvəl
-
17 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 17 saat əvvəl
-
19 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir