Asiya İnkişaf Bankı Qida Təhlükəsizliyi Agentliyilə strateji əməkdaşlıq etmək istəyir

21 sentyabr 2018-ci il tarixində, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə Asiya İnkişaf Bankının nümayəndələri Sok Yonq Yun, Səbinə Cəfərova, Maykl Robert Minqes, Andre Kvitovski, AQTA sədrinin müşaviri Elxan Mikayılov və agentliyin nümayəndələri iştirak ediblər.

 

Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov Agentliyin fəaliyyət istiqamətləri və informasiya texnologiyalarının tətbiqi sahəsində qarşıya qoyulan hədəflər barədə görüş iştirakçılarına geniş məlumat verib. Müşavir qida məhsullarının elektron izlənilməsi sisteminin yaradılması üçün qabaqcıl ölkələrin təcrübəsinin öyrənildiyini qeyd edib və qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı haqqında görüş iştirakçılarını məlumatlandırıb.

 

Daha sonra görüş iştirakçıları innovasiyaların və rəqəmsal inkişaf texnologiyalarının qida təhlükəsizliyi sahəsində tətbiqi mövzusunda müzakirələr aparıblar. Asiya İnkişaf Bankının nümayəndəsi cənab Sok Yonq Yun təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri uğurlu layihələr haqqında çıxış edib. Cənab Sok Yong Yun Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strateji əməkdaşlıq imkanlarının öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.

 

Görüş iştirakçıları qida təhlükəsizliyi sahəsində texnoloji innovasiyaların tətbiqi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi mövzusunda müzakirələr aparıb.

21 Sentyabr 2018 , 19:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin