Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Üzüm tinglərini bizdən alın, genefondumuz qorunsun"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Üzüm tinglərini bizdən alın, genefondumuz qorunsun"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron ərazisində yerləşən üzümçülük təsərrüfatında 300-dən çox yerli və xarici sortlar yetişdirilir.

 

Reklam_3_11

Bu barədə  məlumat verən institutun təsərrüfat şöbəsinin müdiri Anar Xudiyevin sözlərinə görə, fermerlərlə birgə keçirilən tədbirlərdə onlara alimlər tərəfindən üzüm sortlarının keyfiyyət göstəriciləri, həmçinin bölgənin torpaq, iqlim şəraiti nəzərə alınaraq ting, şitil seçimi də izah olunur: “Üzüm bağı salmaq istəyən fermerlərə institutun əməkdaşları tərəfindən yetişdirilən üzüm sortlarının tinglərini almaq tövsiyə edilir. Təsərrüfatımızda dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, o cümlədən qiymətli kişmiş üzüm sortları “Ağ şanı”, “Qara şanı”, “Bayanşirə”, “Şirvanşahı”, “Mədrəsə” sortları, üzüm genefondumuz qorunub saxlanılır”.

 

Anar Xudiyev fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük verməyi məsləhət görür: “Fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük vermələrini məsləhət görərdik. Bu üsulla salınmış bağ xəstəliklərə və iqlimə qarşı dözümlü, həmçinin uzunömürlü və məhsuldar olur. Bölgələrdə fermer üzüm bağı salmaq istəyirsə, mütləq regionun təbii-iqlim şəraitini nəzərə almalıdır. Üzümlüklərdə düzgün sort seçimi və sortöyrənmə yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır”.

 

© Azərtac

21.09.2018 18:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ