Ən yuxarı (mobil)_30

"Güzəştlər edilmədi, borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Güzəştlər edilmədi, borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir"

Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsi dollar kreditləri ilə əlaqəli qərar qəbul edib.

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edən Konstitusiya Məhkəməsinin qərarı belədir: “422-ci maddənin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Qərardan sonra tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində yazıb:

 

"Bu isə o deməkdir ki, xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kurs ilə ödənilməlidir. Yəni, bank güzəşt tətbiq etməyibsə hansı məzənnə ilə kredit götürməsindən asılı olmayaraq borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir. Bu isə o deməkdir ki, dollar keditləri üzrə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız bank ilə müştərinin birgə razılığı nəticəsində mümkündür. Təəssüf ki, bizim dollar kreditlərinə güzəştin tətbiq edilməsi ilə bağlı təkliflərimizə baxmayaraq xarici valyutada öhdəliyi olanlara nə Mərkəzi Bank, nə də banklar tərəfindən hələ də ciddi güzəştlər edilməyib".

22.09.2018 06:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ