Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

ABŞ-da qazılan neft quyularının sayı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazılan neft quyularının sayı azalıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə azalıb. Qazma qurğularının köməyi ilə neft quyuları qazılır.
 

Neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un həftəlik hesabatına görə, 15-21 Sentyabr dövründə əvvəlki həftəyə nisbətən ABŞ-da neft qazma qurğularının sayı 1 ədəd azalıb.
 

Beləliklə, ötən həftə 867 olan qurğu sayı bu həftə 866-ya geriləyib.
 

Neft qazma qurğusu sayında azalma olduğunun açıqlanmasından sonra, qlobal neft bazarlarda xam neftin qiymətlərində artım baş verib.

 

Brent növü xam neftin barrel qiyməti 79,06 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də eyni saatda 71,39 dollara yüksəlib.

22.09.2018 06:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ