Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Putin Bakıda dünya çempionatını izləyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin Bakıda dünya çempionatını izləyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı cüdo üzrə dünya çempionatını da izləyəcək.

 

Reklam_3_11

 "Inside the Games" nəşrinin verdiyi məlumata görə, sentyabrın 25-də Bakıda olacaq V.Putinin Milli Gimnastika Arenasına yollanacaq. O, çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək. Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxacaq.

 

V.Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir. O, IJF prezidenti Marius Vizerin yaxın dostu sayılır. Rusiyanın dövlət başçısı ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarında və "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

22.09.2018 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ