İranda hərbi parad zamanı törədilən terrorda ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB-2
İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .
“Tasnim” agentli xəbər verir ki, bunu Xuzistan əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.
XXX
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib .
Bu məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.
Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.
XXX
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.
Bu məlumatı Türkiyə KİV-ləri yayıb.
Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.
Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
15 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
17 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl