Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişiklikləri olub.

 

Reklam_3_11

Komitənin bir neçə şöbəsinin, departamentinin və sektorunun rəhbərliyi dəyişdirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə Komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin humanitar yardım sektorunun müdiri Quliyev Elman Şahlar oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə təyinat olmayıb.

 

Komitənin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin status sektorunun müdiri, şöbə müdirinin müavini Mürsəlov Telman İslam oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə Abdullayev Etibar Məmməd oğlu təyin olunub.

 

Şöbənin məskunlaşma, miqrasiya və məşğulluq sektorunun müdiri Süleymanov İlqar Xalid oğlu da vəzifəsindən xaric edilib. Sektor müdiri vəzifəsinə Ələsgərov Muxtar İslam oğlu təyin olunub. O, əvvəllər Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin regional idarəetmə sektorunun müdiri vəzifəsində çalışıb.

 

Bundan başqa, Məmmədov Ələddin Seyfəddin oğlu Tikinti təmir və hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Həmin vəzifə Əlvəndov Rövşən Aydın oğluna həvalə olunub.

 

Komitənin Mənzil istismar departametinin direktor müavini Quluyev Qulu Nayfalı oğlu da vəzifəsindən xaric edilib. Onun yerinə Məmmədov Asif Lətif oğlu təyin olunub.

 

Departamentdə sektor müdiri İsgəndərov Nazim İdris oğlu da vəzifəsindən azad olunub. Həmin vəzifə Əliyev Elnur Zakir oğluna həvalə edilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Reprot

22.09.2018 09:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ