Bu gün neft barədə mühüm qərar gözlənilir
Bu gün Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin görüşü keçiriləcək.
"Marja" xəbər verir ki, bir müddət əvvəl bu görüşdə hasilatın 1 milyon barel artırlması barədə qərar veriləcəyi xəbəri yayılmışdı. Analitiklər görüşdən hasilatın artırılacağı barədə qərarın çıxacağını gözləmirlər.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın tənqidlərindən sonra, xüsusilə Səudiyyə Ərəbistanı kimi böyük istehsalçıların daha çox tənqid eşitməmək üçün neft hasilatlarını artıra biləcəkləri xəbərləri dolaşır. İran tərəfi isə hasilatın artırılmasına qarşı çıxır və 80 dollar səviyyələrini ağlabatan olaraq görür.
"BUNU UNUTMAYACAĞIQ"
ABŞ Prezidenti Donald Tramp, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft qiymətlərini aşağı salması lazım olduğunu bildirmişdi.
Tramp "Twitter"dən etdiyi açıqlamada, neft qiymətlərinin yüksəlməsinə görə Orta Şərq ölkələri və OPEC-in məsuliyyət daşıdığını bildirmişdi.
Tramp, "Biz Orta Şərq ölkələrini qoruyuruq, biz olmasaq uzun müddət təhlükəsizlikdə olmazdılar. Onlar isə daha yüksək neft qiymətləri üçün çalışmaqda davam edirlər. Bunu unutmayacağıq. OPEC inhisarçıdır, qiymətləri indi aşağı salmalıdır" yazmışdı.
ABŞ Prezidenti Tramp, daha əvvəl də OPEC-i, neft qiymətlərini süni şəkildə artırmaqla ittiham etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
10 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
13 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
14 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 17 saat əvvəl
- 17 saat əvvəl