Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu gün neft barədə mühüm qərar gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün neft barədə mühüm qərar gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin görüşü keçiriləcək.

 

"Marja" xəbər verir ki, bir müddət əvvəl bu görüşdə hasilatın 1 milyon barel artırlması barədə qərar veriləcəyi xəbəri yayılmışdı. Analitiklər görüşdən hasilatın artırılacağı barədə qərarın çıxacağını gözləmirlər. 

 

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın tənqidlərindən sonra, xüsusilə Səudiyyə Ərəbistanı kimi böyük istehsalçıların daha çox tənqid eşitməmək üçün neft hasilatlarını artıra biləcəkləri xəbərləri dolaşır. İran tərəfi isə hasilatın artırılmasına qarşı çıxır və 80 dollar səviyyələrini ağlabatan olaraq görür.

 

"BUNU UNUTMAYACAĞIQ"

 

ABŞ Prezidenti Donald Tramp, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft qiymətlərini aşağı salması lazım olduğunu bildirmişdi.


 
Tramp "Twitter"dən etdiyi açıqlamada, neft qiymətlərinin yüksəlməsinə görə Orta Şərq ölkələri və OPEC-in məsuliyyət daşıdığını bildirmişdi.


 
Tramp, "Biz Orta Şərq ölkələrini qoruyuruq, biz olmasaq uzun müddət təhlükəsizlikdə olmazdılar. Onlar isə daha yüksək neft qiymətləri üçün çalışmaqda davam edirlər. Bunu unutmayacağıq. OPEC inhisarçıdır, qiymətləri indi aşağı salmalıdır" yazmışdı.


 
 ABŞ Prezidenti Tramp, daha əvvəl də OPEC-i, neft qiymətlərini süni şəkildə artırmaqla ittiham etmişdi.

23.09.2018 10:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ