Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Trampın təhdidi işə yaramadı - MƏNFİ CAVAB VERİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın təhdidi işə yaramadı - MƏNFİ CAVAB VERİLDİ

OPEC ölkələrindən neft qiymətlərinin aşağı salınmasını istəyən Trampın təhdidi işə yaramadı. OPEC-in lideri Səudiyyə Ərəbistanı ilə Rusiya verdikləri bəyanatla istehsalı artırmayacaqlarını açıqlayıblar.



 
Neft qiymətlərinin düşməsini istəyən ABŞ Prezidenti Donald Trampa Rusiya və Səudiyyə Ərəbistandan mənfi cavab verildi.

 

"Marja" xəbər veri ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) lideri Səudiyyə Ərəbistanı və təşkilat xaricindəki ən böyük neft istehsalçısı Rusiya istehsalı artırmayacaqlarını açıqlayıblar. Açıqlama OPEC və tərəfdaşlarının bu gün Əlcəzairdə keçirəcəkləri görüş ərəfəsində verilib.

 

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih istehsalı artırmaq imkanlarının olduğunu, ancaq bunu hələlik lazım görmədiklərini deyib. Səudiyyənın energetika naziri "Mən neftin qiymətinə təsir etmirəm" deyib.

 

Rusiyanı energetika naziri Aleksandr Novak da neft hasilatı artırmayacaqlarını deyib.


 
YAXIN ŞƏRQ ÖLKƏLƏRİNİ BİZ QORUYURUQ

 

ABŞ Prezidenti Donald Tramp, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft qiymətlərini aşağı salması lazım olduğunu bildirmişdi.


 
Tramp "Twitter"dən etdiyi açıqlamada, neft qiymətlərinin yüksəlməsinə görə Orta Şərq ölkələri və OPEC-in məsuliyyət daşıdığını bildirmişdi.


 
Tramp, "Biz Orta Şərq ölkələrini qoruyuruq, biz olmasaq uzun müddət təhlükəsizlikdə olmazdılar. Onlar isə daha yüksək neft qiymətləri üçün çalışmaqda davam edirlər. Bunu unutmayacağıq. OPEC inhisarçıdır, qiymətləri indi aşağı salmalıdır" yazmışdı.


 
 ABŞ Prezidenti Tramp, daha əvvəl də OPEC-i, neft qiymətlərini süni şəkildə artırmaqla ittiham etmişdi.
 
 
 80 DOLLARA YAXINLAŞIB
 

Brent neftin qiyməti ötən həftə 80 dollara yaxınlaşmışdı. Neft qiymətləri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar səbəbindən azalan təklifə görə artır. Tramp, digər ölkələrin kəsiri bağlamaları ilə qiymətləri aşağı salmaq istəyir.

23.09.2018 15:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ