Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

OPEC+: İlin sonunadək neft hasilatının artırılması nəzərdə tutulmur

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC+: İlin sonunadək neft hasilatının artırılması nəzərdə tutulmur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

 

Reklam_3_11

Energetika Nazirliyindən "Marja"ya bildiriblər ki OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə qlobal neft bazarının hazırki vəziyyəti və OPEC+ formatının institutlaşdırılması məsələləri müzakirə edilib. OPEC Katibliyi ilə Energetika Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Həmçinin OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan toplantısı barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez də iştirak edib. Baş katib 2019-cu ildə OPEC-ə Venesuelanın sədrlik edəcəyini bildirib.

 

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüş zamanı isə OPEC+ əməkdaşlığının nəticələri, neftin qiyməti və neft bazarının inkişafına dair gözləntilər nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, neftə qlobal tələbatın artması, eləcə də “qara qızıl”ın qiymətinin 75-80 dollar arasında olması bazarda müşahidə edilən müsbət proseslərdir. Bu vəziyyət neft sektorunu investisiyalar üçün yenidən cəlbedici edir.

 

OPEC+ Nazirlərinin neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı iyunda qəbul etdikləri qərar bazarda artan tələbat və azalan təchizat prosesinin nizamlanması baxımından mühüm addım kimi qiymətləndirilib.

 

ANCAQ 2019-CU İLDƏ BAXILA BİLƏR

 

Söhbət zamanı ötən dövr ərzində öhdəliklərin icrasında əhəmiyyətli dəyişikliyin baş verdiyi, ilin sonunadək hasilatın artırılmasının nəzərdə tutulmadığı qeyd edilib. Vurğulanıb ki, neft tədarükündə mövcud kəsirin könüllülük prinsipi əsasında ölkələrin hasilat imkanlarına uyğun aradan qaldırılması daha məqbul görünür. Bazarda hər hansı böhran vəziyyəti yaranacağı təqdirdə hasilatla bağlı yeni bir qərarın qəbuluna isə ancaq 2019-cu ildə baxıla bilər. Həmçinin bildirilib ki, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və sabitliyin təmin edilməsi məqsədilə bazarın gələcəkdə də tənzimlənməsi vacibdir. Bu məqsədlə OPEC+ ölkələri yeni əməkdaşlıq mexanizmi üzərində iş aparır.

23.09.2018 16:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ