WoWoman platforması 2 yaşını qeyd edəcək

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ənqeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.



Artıq iki ildir ki fəaliyyət göstərən platforma bu müddət ərzində 6000 iştirakçıilə 100-dən çox tədbir, 15 uzun müddətli kurs təşkil edib və 17 500-dən çox müraciət alıb. 



Marja” xəbər verir ki, ikinci ilinin uğurları qeyd etmək, həyata keçirilən layihələrin hesabatını vermək məqsədilə WoWoman 19 fevral Fairmont Baku otelində media nümayəndələri, tanınmış simaları, təlimçiləri, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərini bir araya gətirəcək. 

 

Həmçinin, qonaqlar həmin gün üçüncü ilin fəaliyyət planı ilə tanış olacaqlar və yeni layihələrin başlanma tarixləri haqqında məlumat alacaqlar.



Tədbirdə iştirak isə yalnız dəvətnamə ilə olacaq. Daha ətraflı: https://www.facebook.com/events/747118858772750/

15 Fevral 2017, 06:34   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]