Ən yuxarı (mobil)-2_30

Neft 2040-cı ildə də ən böyük paya sahib olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft 2040-cı ildə də ən böyük paya sahib olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada 2040-cı ilə qədər qlobal enerji tələbatının illik orta hesabla 1,2% artımla gündəlik 364 milyon 700 min barel neft ekvivalentinə yüksələcəyi proqnozlaşdırılır.
 

"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üçün Dünya Neft Proqnozları Hesabatına görə, 2040-da çürüntü (fosil) yanacaqlarının qlobal enerjidə payı 75%-ə çıxacaq. Fosil yanacaqları arasında neft 28% ilə ən böyük paya sahib olacaq. Neftin ardınca 25 faiz ilə qaz və 22% ilə kömür gələcəkdir.
 

Enerji tələbində alternativ (yenilənən) enerji mənbələrinin payı 19 faiz, nüvə enerjinin isə 6 faiz olacaq.
 

Qlobal enerji tələbatı, 2040-a qədər illik orta hesabla 1,2% artımla gündəlik 364 milyon 700 min barel neft ekvivalentinə yüksələcək. Artımın böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdən irəli gələcək. İnkişaf etməkdə olan ölkələrdə enerji tələbatı 2040-ci ilə qədər illik orta hesabla 1,9 faiz, Avrasiya bölgəsində isə illik orta hesabla 0,7% yüksələcək. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunun enerji tələbatı isə böyük ölçüdə eyni qalacaq.
 

Qlobal neft tələbi isə 2040-da gündəlik 111,7 milyon barrel olaraq baş verəcək. İnkişaf etməkdə olan ölkələrdə neft tələbatı gündəlik 66,6 milyon barrelə, Avrasiya bölgəsində isə gündəlik 6,4 milyon barrelə çıxacaq. OECD bölgəsində tələb, gündəlik 38,7 milyon barrelə geriləyəcək.
 

OPEC-in xam neft hasilatı 2040-da gündəlik 49,3 milyon barrel olaraq hesablanır və dünyada hasil edilən neft içərisində payı 36%-ə yüksələcək.
 

Qlobal neft tələbində ən çox artımın baş verdiyi sahə avtomobil nəqliyyatı olacaq. Avtomobil nəqliyyatında neft istifadəsi 2040-da gündəlik 47,8 milyon barrelə yüksələcək. Növbəti yerlərdə aviasiya, sənaye və neft-kimya kimi sektorları gələcəkdir.

24.09.2018 04:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ