Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avropanın tanınmış ali təhsil ocaqları Bakıya gəlir - Xaricdə təhsil sərgisi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropanın tanınmış ali təhsil ocaqları Bakıya gəlir -  Xaricdə təhsil sərgisi


Artıq ənənə halını almış Xaricdə təhsil sərgisi bu dəfə də "JW Marriott Absheron" otelində yer alacaq.

 

Reklam_3_11

Sərginin qapıları 4 Mart tarixində saat 12:00-dan 18:00-a qədər qonaqların üzünə açıq olacaq. Sərgi, 10 ildir ki, xaricdə təhsil sahəsində güvənilən şirkət kimi tanınan "Azeri Student" tərəfindən təşkil ediləcək.

 

Qeyd edildiyi ki, "Azeri Student" şirkəti uzun illərdir ki, xaricdə təhsil almaq arzusunda olan gənclərə öz hədəflərinə çatmaqda yardım göstərir. "Azeri Student" dünyanın dörd bir yanında təhsil alan yüzlərlə tələbəyə yardımçı olmuşdur. Hər zaman öz işinə böyük məsuliyyət və peşəkarlıqla yanaşan "Azeri Student" bu dəfə də sözünün üzərində duraraq, ABŞ, Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Avropanın ən tanınmış ali təhsil ocaqlarının nümayəndələrini sərgiyə dəvət edib, tələbələrin onlarla bilavasitə ünsiyyətinə şərait yaradır.

 

Xaricdə təhsil, sözsüz ki, gələcəyə edilmiş ən yaxşı yatırımdır. Heç kim üçün sirr deyil ki, xarici ölkədə istər universitet, istər dil kursları, istərsə də doktorantura zamanı əldə edilən təcrübə əvəzsizdir. Belə ki, xaricdə təhsil almış insanın başqa namizədlərə nisbətən rəqabət qabiliyyəti dəfələrlə üstün olur. Bu təkcə nüfuzlu təhsil ocağının diplomu hesabına deyil, həm də geniş dünya görüşü, komandada işləmək və ekstrimal vəziyyətlərdə vacib qərarlar qəbul edə bilmək qabiliyyəti sayəsində baş verir.

 

Beləliklə, martın 4-də JW Marriott Absheron otelində baş tutacaq sərginin iştirakçıları:

 

-Xaricdə təhsil məsələləri üzrə məsləhətlər alacaq;

-Təhsil üçün uyğun proqramı (bakalavr, magistr, foundation, yay məktəbləri və s.) seçə biləcək;

-Bu sahənin mütəxəssislərinin rəyini öyrənəcək;

-Nəhayət, xaricdə təhsilin insana bəxş etdiyi imkanların nə qədər geniş olduğuna özləri əmin ola biləcəklər.

Xaricdə təhsil sərgisində universitet, kollec və ingilis dili kursları iştirak edəcəkdir.

 

Sərgidə iştirak pulsuz olsa da qeydiyya mütləqdir. 

 

Qeydiyyatdan keçmək istəyənlər http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-mart-2017/register linkinə keçməlidirlər.

 

15.02.2017 14:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ