Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

52 manatdan 33 manata düşdü- SIĞORTA ÖDƏNİŞLƏRİ AZALIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
52 manatdan 33 manata düşdü- SIĞORTA ÖDƏNİŞLƏRİ AZALIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 239,753 milyon manat sığorta haqqı toplanılıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 74,6% çoxdur.

 

8 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 277,171 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19,7% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 4,1% azalaraq 75,822 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,4% artaraq 92,76 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-avqustunda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 33,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-avqustunda müvafiq olaraq 57,6 manat və 38 manat olub. 

 

Könüllü sığorta 48%, icbari sığorta isə 23% artıb

 

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 374,663 milyon manat sığorta haqqı toplanılıb.

 

Bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 48,1% çoxdur.

 

8 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 22,7% artaraq 142,261 milyon manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 124,64 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% azdır. Ötən 8 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 21% artaraq 43,942 milyon manata çatıb.

 

Beləliklə, 2018-ci ilin yanvar-avqustunda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-avqustunda 51,7 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 31,3 manatdan 30,9 manata düşüb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

24.09.2018 07:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ