Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Deputatdan Palataya sual - "NİYƏ YOXDUR?"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Deputatdan Palataya sual - "NİYƏ YOXDUR?"

“Bu gün Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur”. 

 

Reklam_3_11

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən Rüfət Quliyev deyib. Deputat bildirib ki, banklar şənbə və bazar günləri işləmir. 

 

“Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?”.

 

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib: 

 

“Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər indi olmasa, bununla bağlı sonra açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

 

Əlavə edək ki, Palatadan dəfələrlə bildirilib ki, gecikmənin səbəbi bu məntəqələrin fəaliyyətini tənzimləyən hüquqi aktlarının bir hissəsinin qüvvəyə minməməsidir. Bu sənədlər qüvvəyə mindikdən sonra belə məntəqələrin açılması üçün müraciətlərin qəbulu və onlara lisenziyaların verilməsinə başlanacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern 

24.09.2018 10:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ