Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Millət vəkili dollar kreditlərinə görə ağzını yordu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Millət vəkili dollar kreditlərinə görə ağzını yordu

“Bildiyimiz kimi bir neçə gün bundan əvvəl dollarla götürülən kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin iclası keçirilib. Qərara əsasən, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyi və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyü nəzərə alınaraq, məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz qərarı verilib. Bu isə o deməkdir ki, vətəndaşlar xarici valyuta ilə götürdükləri kreditləri dəyişən məzənnəyə uyğun qaydada ödəməlidirlər”. 


Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən deputat Vahid Əhmədov Konstitusiya Məhkəməsinin xarici valyuta ilə götürülmüş kreditlərin qaytarılması qaydası haqqında qərarını şərh edib. 

Reklam_3_11


Deputat deyib ki, dəfələrlə problemli kreditlərlə bağlı Milli Məclisdə məsələ qalıdırıb. 


“Hətta həmkarım Əli Məsimli ilə biz təkliflər hazırlayıb, hökumətə təqdim etmişik. Bu, çox ciddi məsələdir. İnsanları narahat edir. Manatın iki dəfə devalvasiyaya uğraması xarici valyutada kredit borcu olan insanların vəziyyətini çətinləşdirib. Bununla əlaqədar mənə vətəndaşlardan minlərlə müraciət daxil olub və onlara kömək etməyə çalışıram. Hesab edirəm ki, burada banklar da müəyyən addımlar atmalı və borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştləri etməlidirlər .Bu məsələ əhalini narahat edir. Hesab edirəm ki, bu məsələni gündəmə gətirməyin vaxtı gəlib çatıb. Əlbəttə problemli kreditlərlə bağlı məsələni mən Milli Məclisin plenar iclasında da qaldıracam. Sizdən də xahiş edirəm ki, bu məsələlərlə əlaqədar müəyyən işlər görülsün”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

24.09.2018 10:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ