Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“15% gömrük rüsumu olan yerdə istehsal qurmaq rəqabətli deyil”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“15% gömrük rüsumu olan yerdə istehsal qurmaq rəqabətli deyil”

“Yüksək idxal rüsüm və vergilərinə görə Azərbaycanda istehsal qurmaq rəqabətli deyil”.

 

Bunu “Marja”ya Türkiyədə istehsal, Azərbaycanda isə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlardan biri deyib.

 

Onun sözlərinə görə, 15% gömrük idxal rüsumu ilə Azərbaycanda istehsal edib ixrac etmək sərfəli deyil:

 

“Biz Türkiyədə istehsal ilə məşğuluq. Türkiyə dövləti istehsal məqsədilə idxal etdiyimiz xammallara görə bizdən idxal rüsumu almır. Xərclər aşağı olduğundan həm xarici istehsalçılar ilə rəqabət apara, həm də ixrac  edə bilirik. Azərbaycanda isə 15% idxal rüsumu mövcuddur. Belə yüksək rüsumun olduğu şəraitdə qurulan istehsal rəqabətli olmur”.

 

İş adamı qeyd etdi ki,  Türkiyədəki istehsallarını Azərbaycana köçürməyə hazırdır:  Bir şərtlə ki, yüksək gömrük rüsumu, heç olmasa 2-3%-ə endirilsin və ixracatçılar ödədikləri 18% ƏDV-ni geri ala bilsinlər.

 

“Biz Türkiyədə istehsal etdiyimiz malları Gürcüstana və digər ölkələrə ixrac edirik. Türkiyə dövləti bizdən bir istehsalçı olaraq yüksək vergilər almadığına görə,  Gürcüstan bazarında , xüsusilə çinli istehsalçılar ilə rəqabət apara bilirk.  Əgər həmin istehsalımız Azərbaycanda olsaydı, yüksək vergilərə görə xarici bazarlarda qiymət rəqabətində uduzardıq. Biz dolayısı yolla Çində də istehsal ilə məşğuluq. Məhsullarımızı Çindən Azərbaycana, Gürcüstana və digər ölkələrə göndəririk.  Əgər gömrük rüsumları aşağı olsa, istehsalı Azərbaycana köçürərəm”.

 

Sahibkar qeyd etdi ki, Ələtdə yaradılacaq Azad Ticarət Zonasına ümidləri böyükdür. Belə zonada rüsumsuz şəraitdə istehsal quraraq, ixrac etmək sərfəli olur.

 

Qeyd edək ki, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında yalnız texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan və əlavə dəyər vergisindən ƏDV azaddır. İnvestisiya təşviqi sənədi almaq üçün ən azı təsdiq olunmuş  minimal məbləğdə investisiya yatırmaq tələb olunur. 

15.02.2017 04:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ