Azərbaycanın Rusiyanın blokuna qoşulması gündəm gətirildi
“Bəzi mətbuat orqanlarında belə bir yazılar dərc edilir ki, guya Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşularsa, Dağlıq Qarabağ problemi həll olunar. Məsələnin üzücü tərəfi ondadır ki, bunu bəzi deputat həmkarlarım da dəstəkləyir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, unutmamalıyıq ki, Azərbaycan müstəqilliyini əldə etmək üçün çox qanlı yol keçib. “Ona görə Azərbaycanın KTMT-yə daxil olması düzgün deyil. Düzdür, Rusiya böyük ölkədir və Rusiya ilə yaxşı siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrimiz var. Hər iki ölkənin dövlət başçıları arasında da gözəl münasibət mövcuddur , bu münasibətlər indi də davam edir. Ancaq, bu, o demək deyil ki, Azərbaycan hər hansı bir hərbi bloka daxil olmalı, müstəqilliyini əldən verməlidir? Buna yol vermək, KTMT-yə qoşulmaq olmaz”.
Qeyd edək ki, Azərbaycanın KTMT-yə qoşula biləcəyi təklifi ilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib və onun təklifi deputat Qüdrət Həsənquliyev tərəfindən dəstəklənib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib