Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İlk addımı bu iş adamı atdı - Cocuq Mərcanlıda quşçuluq təsərrüfatı yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk addımı bu iş adamı  atdı - Cocuq Mərcanlıda quşçuluq təsərrüfatı yaradır

İş adamı, “Xəmsə” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Mürvət Həsənli işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində quşçuluq ferması və meyvəçilik təsərrüfatı yaradacaq.

 

Reklam_3_11

 “Marja” xəbər verir ki, iş adamı deyib:

 

“Dövlət başçısının müvafiq tapşırıqları ilə bağlı bir sahibkar kimi mənim də üzərimə müəyyən vəzifələr düşür. Bir iş adamı olaraq Cocuq Mərcanlıda quşçuluq ferması ilə yanaşı, meyvəçilik təsərrüfatı da yaratmaq qərarına gəlmişəm. Sözügedən yaşayış məntəqəsində işə başlayacaq quşçuluq ferması ilə bağlı onu deyim ki, biz ilkin mərhələdə illik 8-10 ton quş ətinin istehsalını planlaşdırırıq”.

 

Mürvət Həsənli qeyd edib ki, Cocuq Mərcanlıda yaradılacaq təsərrüfatın layihəsi də artıq hazırdır:

 

“Yaxın günlərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bu məqsədlə ərazinin seçilməsi, alınması və işin qurulması üzrə müraciət edəcəyik. İlk addımı bir iş adamı olaraq atır və ümid edirəm ki, digər sahibkarlar da səsimizə səs verəcəklər”.

 

Qeyd edəki ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi nəzərdə tutulub. Ancaq Prezident İlham Əliyevin tapşırığı ilə aparılan araşdırmalara əsasən, ərazidə 150-200 ailənin yerləşdirilməsi, onlar üçün lazım olan bütün şəraitin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub.

15.02.2017 05:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ