Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Agentlik məşhur məhsulların bir partiyasının satışına qadağa qoyub - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik məşhur məhsulların bir partiyasının satışına qadağa qoyub - AÇIQLAMA

"Son günlər bir sıra media orqanlarında və sosial şəbəkələrdə ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yer alıb". Bu, Qida Təhlükəsizliyi Agentliyindən "Marja"ya daxil olmuş məlumatda deyilir.

 

Reklam_3_11

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların nəzərinə çatdırır  ki, qeyd olunan məhsullar (“Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud konservindən ) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur.

 

Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan “Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılmışdır.

 

Satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir. Hazırda satış şəbəkələrində eyni adda olan məhsullar digər partiyalara aid olan məhsullar olmaqla Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdən keçmiş təhlükəsiz məhsullardır.

 

XXX

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi şirniyyat məhsullarının satışına qadağa qoyulması ilə bağlı məlumatlara aydınlıq gətirib.

 

AQTA-dan bildirilib ki, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo" şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.

 

“Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların nəzərinə çatdırırıq ki, bu məhsullar müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur”, - AQTA-dan bildirilib.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

24.09.2018 12:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ