"Bazarda qıtlıq yaranır, Yeni İldə 100 dollara qalxacaq"

Əmtəə ticarəti şirkətləri "Trafigura" və "Mercuria", İrana tətbiq olunan Amerika sanksiyalarının təsirini hiss etdirməyə başlaması ilə, neft qiymətlərinin bu ilin sonunda ya da 2019-cu ilin əvvəlində 100 dollara yüksələcəyi xəbərdarlığını ediblər. Qlobal tələbat ilk dəfə gündəlik 100 milyon barrelə yaxınlaşdığı bir vaxtda, Venesuela, Liviya və Nigeriyada hasilatın azalması bazarda qıtlığa gətirib çıxarır.


 

"Marja" xəbər veri ki, Sinqapurda bu gün başlamış Asiya-Sakit Okean Neft Konfransında iştirak edən "Mercuria"nın sədri Daniel Jaeggi, bu ilin dördüncü rübünün sonuna qədər ABŞ sanksiyaları səbəbindən bazarda gündəlik 2 milyon barelə yaxın neft kəsirinin yaranacağını və bunun xam neftin qiymətlərini 100 dollara qaldıracağını deyib.


 
Jaeggi, "İrana tətbiq ediləcək sanksiyaların sərtliyinə və müddətinə bağlı olaraq, 2018-ci ilin 4-cü rübündə əhəmiyyətli bir volatillik görməyimiz yaxındır" - deyib.


 
Onun sözlərinə görə, bazarlar gündəlik 2 milyon barreli kəsirə qarşılıq verə biləcək yetərli təklifə malik deyil: "ABŞ İrana qarşı maliyyə sanksiyaları tətbiq edib və 4 Noyabrdan etibarən də bu ölkənin neft ixracını hədəf alan sanksiyaları başlayacaq. Eyni zamanda rəsmi Vaşinqton, digər ölkələrə də, İrandan xam neft idxalına son vermələri üçün təzyiq göstərir".


 
"Trafigura" şirkətinin neft ticarəti üzrə həmsədri Ben Luckock, xam neft qiymətlərinin Milada qədər 90 dollara, yeni ilə qədər 100 dollara qalxacağını söyləyib.

 

Milad bayramı 25 dekabrda keçirilir.

24 Sentyabr 2018 , 15:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin