Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Göyçaydan Rusiyaya ixracı başladı - 50 TON GÖNDƏRİLİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Göyçaydan Rusiyaya ixracı başladı - 50 TON GÖNDƏRİLİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Göyçay rayonunda xurma yığımına start verilib və ilk günlərdən istehsal olunan məhsul Rusiya bazarlarına çıxarılır.

 

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə bağlarda bol xurma yetişdirilib. Rayonda kütləvi yığım kampaniyasına hər il oktyabrın birinci ongünlüyündən başlansa da, artıq bir neçə gündür ki, əksər ərazi vahidlərində xurma yığılır və tədarük olunan meyvə birbaşa Rusiya bazarlarına göndərilir. Hələlik Rusiyaya 50 ton xurma ixrac olunub.

 

95 FAİZİ RUSİYA VƏ UKRAYNAYA GÖNDƏRİLƏCƏK

 

Qeyd edək ki, Göyçayda, ümumilikdə, 6031 hektar meyvə bağları var. Bunun 1417 hektarı xurma bağıdır. Son illər bu sahəyə maraq artmaqdadır. Belə ki, son iki ildə rayon ərazisində 200 hektarda yeni xurma bağları salınıb. Xurma bağları əsasən Cəyirli, Potu, Qarabaqqal, Mirzəhüseynli, Ərəbcəbirli, Çayarxı, Qızılağac, Məlikkənd, Kürdmaşı və bir sıra digər kəndləri əhatə edir. Ötən il bağlardan 18863,5 ton məhsul götürən bağbanlar cari ildə istehsalın 19 min tondan çox olacağını proqnozlaşdırırlar. Hər il olduğu kimi, bu il də yığılan məhsulun 95 faizi Rusiya, habelə Ukrayna bazarlarına göndəriləcək.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

24.09.2018 15:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ