Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı-Yessentuki-Kislovodsk marşrutu üzrə avtobus reysi açılıb - QİYMƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Yessentuki-Kislovodsk marşrutu üzrə avtobus reysi açılıb - QİYMƏT

Artıq hər həftənin cümə axşamı günləri, saat 10:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (Kompleks) Bakı-Yessentuki-Kislovodsk marşrutu üzrə avtobus reysi həyata keçirilir. 

 

Bu barədə Kompleksin açıqlamasında bildirilir. 

 

Məlumatda həmçinin deyilir ki, Kislovodska çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə saat 13:00-dır. 

 

Biletin bir istiqamətə qiyməti 70 manat təşkil edir. Bakı-Yessentuki – Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur biletləri mütləq şəkildə onlayn qaydada və yaxud Kompleksin kassalarından əldə etsinlər. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin dəyərinin 50%-i ödənilməlidir. 

 

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. 

 

Kompleks, ərazisindən hərəkət etməyən və beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə məsuliyyət daşımır. 

 

"Sərnişinlərimizin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub. Sərnişin sıxlığı çox olarsa, əlavə reys açıla bilər", - deyə məlumatda qeyd olunub. 

24.09.2018 15:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ