Bazarların gözü, qulağı Fed-dədir

ABŞ Mərkəzi Bankının (Fed-) növbəti faiz iclası bu həftə baş tutacaq. Son iclasdan bu yana ölkədə məşğulluq və inkişaf trendi güclü qalıb, maaşlar və inflyasiya da artıb.
 

"Marja" xəbər veri ki, Fed-in 25 bənd faiz artıracağı gözlənilir və hazırda bu ehtimal qiymətlərdə və məzənnələrdə əks olunub.  Ancaq Dekabr ayında faiz artımı olub olmayacağına dair siqnallar və yeni iqtisadi proqnozlar təqib ediləcək.
 

Bununla yanaşı, bazarlar Fed-in;


-Davam edən ticarət müharibələrinin təsirlərinə toxunub-toxunmayacağını,
 
-İnkişaf edən bazarlarda son dövrdə artan risklərə diqqət çəkib-çəkməyəcəyini,
 
-2019-cu ildə faiz artımı sürətinin yavaşlayıb-yavaşlamayacağı məsələlərindəki açıqlamalarını izləyəcəkdir.


 PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Faiz qərarının ardından Fed sədri Jerome Pauell mətbuat konfransında danışacaq.

 

Fed-in pul siyasəti iclası bu gün başlayacaq və faiz qərarı Çərşənbə günü (sabah) Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaqdır. Fed-in faizi 2%-dən 2,25%-ə qaldıracağı gözlənilir. 

 

EKSPERT FİKİRLƏRİ
 

ING İqtisadçılarına görə, "ABŞ-da güclü iqtisadiyyat və artan inflyasiya Fed-i çərşənbə günü faiz artırması üçün motivasiya edəcəkdir".
 

ING-nin qtisadçısı Ceyms Knightley bu iclasda Fed-dən 25 bənd, Dekabr topalantısında da 25 bənd faiz artımı gözlədiyini, 2019-cu ildə isə cəmi 2 faiz artımı olacağını proqnozlaşdırır.
 
 

MORGAN STANLEY  
 

Morqan Stenli (Morgan Stanley) iqtisadçıları, "bu toplantıda veriləcək mesaj - faizin mərhələli artırılmasının davam edəcəyi olacaqdır. Yuxarı və aşağı istiqamətli risklərə də diqqət yetiriləcəkdir" bildiriblər.

25 Sentyabr 2018 , 08:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin