Nazirlər Kabinetində iclas keçirildi
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Baş nazir Novruz Məmmədov bu baxımdan gələn ilin dövlət büdcəsinin layihəsinin də əldə olunan nailiyyətlər zəminində, habelə dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edildiyini bildirib.
O qeyd edib ki, layihənin hazırlanmasında dövlət büdcəsinin həmişəki kimi sosialyönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.
Sonra gündəlikdə duran məsələlərə dair Azərbaycan Respublikası maliyyə nazirinin və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavininin məruzələri dinlənilib.
Geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
37 d. əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
-
1 saat əvvəl
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
-
1 saat əvvəl
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
-
1 saat əvvəl
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
-
1 saat əvvəl
"Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb"
-
1 saat əvvəl
Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəsinə ixrac edilib
- 2 saat əvvəl